İnterfax agentliyində görüş

Azərbaycan Respublikasında “Ali məktəblərin reytinqinin müəyyən edilməsi” layihəsinin rəhbəri Natiq Əhmədov 26 oktyabr - 1 noyabr tarixində Moskva şəhərində, İnterfaks agentliyində ezamiyyətdə olmuşdur.

Səfərdə məqsəd İnterfaks agentliyinin reytinq tədqiqatları işçi qrupu ilə birgə aparılan tədqiqatların nəticələrini müzakirə etmək olmuşdur. Milli və reqional-beynalxalq reytinq tədqiqatlarının metodikalarında qəbul edilmiş kriteriya və indikatorlar müqayisə və müzakirə edilmişdir. 2013-cü ildə İnterfaks agentliyinin reytinq tədqiqat qrupunun keçmiş SSRİ respublikalarının 400-ə yaxın ali məktəbində apardıqları tədqiqatlar, həmçinin Azərbaycan Respublikasından tədqiqatda iştirak etmiş 11 ali məktəbin reytinq qiymətləndirilməsi müzakirələrin əsas mövzusu olmuşdur. Görüşlərdə, həmçinin, növbəti reytinq tədqiqatlarında Azərbaycan Respublikasının daha çox ali məktəblərinin iştirakı və qiymətləndirmə zamanı daha yüksək nəticələrə nail olması üçün ali məktəblərimizin həyata keçirməsi vacib olan tədbirlər planlaşdırılmışdır.

Ziyarətçi: bu gün - 14 | bu ay - 519 | cəmi - 18115
2014. İnterfax agentliyində görüş - Azərbaycan Respublikası ali məktəblərin reytinqləri üzrə tədqiqatlar. © AKTAM təşkilatı.
Powered by V@sif & Joomla 1.7 Templates