AKTAM təşkilatı

TƏŞKİLAT HAQQINDA ÜMUMİ MƏLUMAT

AKTAM təşkilatı 1994-cü ildə Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Təşkilatın üzvləri Ümummilli Lider Heydər Əliyevin təşəbbüsi və qayğısı ilə  70-80-ci illərdə respublikamızdan kənarda,  keçmiş SSRİ-nin aparıcı  ali məktəblərində təhsil almış mütəxəssislərdir. Təşkilatın 2000-dən artıq üzvü vardır.

Üzvlərimizdən 25 nəfəri elmlər doktoru, 187 nəfəri elmlər namizədidir. 141 nəfər Moskva Dövlət Universitetinin məzunudur. Təşkilatımız hal-hazırkı vaxta qədər 40-dən artıq təhsil, informasiya texnologiyaları, vətəndaş cəmiyyəti mövzularına uyğun layihələr həyata keçirmişdir. Bu zaman təşkilatın tərəfdaşları ACİ-YF, Avrasiya Fondu, Dünya Bankı, İREX təşkilatının İATP proqramı, İSAR təşkilatı, BMT  İnkişaf proqramı, BMT QAK, Şevron neft şirkəti, Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi olmuşdur.  

TƏŞKİLATIN ƏSAS FƏALİYYƏT İSTİQAMƏTİ (Missiyası)

AKTAM təşkilatının əsas məqsədi öz üzvlərinin elmi, texniki, mədəni potensialından və əlaqələrindən istifadə etməklə müstəqil respublikamızın müxtəlif sahələrində problemlərinin həllinə yardım etməkdir. Təşkilatımızın həyata keçirtdiyi layihələr təhsilin problemləri, informasiya texnologiyalarının təhsildə tətbiqi, informasiya texnologiyalarının dövlət xətti ilə xaricdə təhsil alan tələbələrin təhsilinə nəzarət üçün tətbiqi və aqrar sektorun idarə olunmasında informasiya texnologiyalarının tətbiqinə aiddir. Bununla yanaşı, AKTAM təşkilatı 4 il müddətində qaçqın, məcburi köçkün gənclər üçün, Qarabağ əlilləri üçün müxtəlif donorların dəstəyi ilə təhsil kursları təşkil etmiş və bu kurslarda 1200-ə yaxın gənc ödənişsiz təhsil almışlar.

 

Ziyarətçi: bu gün - 14 | bu ay - 519 | cəmi - 18115
2014. AKTAM təşkilatı - Azərbaycan Respublikası ali məktəblərin reytinqləri üzrə tədqiqatlar. © AKTAM təşkilatı.
Powered by V@sif & Joomla 1.7 Templates