Layihə haqqında
Layihənin adı: "Azərbaycanda ali məktəblərin reytinqi - 2016"
Layihənin mövzusu: Layihə, Azərbaycan Respublikasında fəaliyyət göstərən dövlət və özəl ali məktəblərin Azərbaycandan Kənarda Təhsil Almış Mütəxəssislər İctimai Birliyinin (AKTAM İB) mütəxəssislərinin beynəlxalq tələblərə uyğun hazırladığı çoxkriteriyalı metodika əsasında 2015/2016-cı illərin göstəricilərinə əsasən milli reytinqinin müəyyən edilməsinə həsr edilmişdir.
“Azərbaycan respublikasının ali məktəblərinin reytinqi - 2014” kitabı
“Azərbaycan Respublikasında ali məktəblərin reytinqinin müəyyən edilməsi” layihəsi çərçivəsində
ilk dəfə olaraq respublikamızın 22 ali məktəbinin və 11 filialın resursları haqda məlumat ilk dəfə olaraq “Azərbaycan respublikasının ali məktəblərinin reytinqi - 2014” kitabı ictimaiyyətə təqdim edilir.
Daha ətraflı: http://www.rating.edu.az/images/sampledata/KITAB%20tehsil-a5.pdf
Yekün hesabat
Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilən maliyyə yardımı ilə həyata keçirilmiş
“Azərbaycan Respublikasında ali məktəblərin reytinqinin müəyyən edilməsi” layihəsi üzrə görülmüş işlər haqqında
HESABAT
İnterfax agentliyində görüş
Azərbaycan Respublikasında “Ali məktəblərin reytinqinin müəyyən edilməsi” layihəsinin rəhbəri Natiq Əhmədov 26 oktyabr - 1 noyabr tarixində Moskva şəhərində, İnterfaks agentliyində ezamiyyətdə olmuşdur.
Layihə haqqında (2014-cü il)
Layihənin adı: Azərbaycan Respublikasında ali məktəblərin reytinqinin müəyyən edilməsi
Layihənin mövzusu: Azərbaycan Respublikasında hal-hazırda fəaliyyət göstərən dövlət və özəl ali məktəblərin AKTAM təşkilatının beynəlxalq tələblərə uyğun hazırladığı metodika əsasında, Təhsil Nazirliyinin dəstəyi və yaxından iştirakı ilə reytinqinin müəyyən edilməsi.
AKTAM təşkilatı
TƏŞKİLAT HAQQINDA ÜMUMİ MƏLUMAT
AKTAM təşkilatı 1994-cü ildə Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Təşkilatın üzvləri Ümummilli Lider Heydər Əliyevin təşəbbüsi və qayğısı ilə 70-80-ci illərdə respublikamızdan kənarda, keçmiş SSRİ-nin aparıcı ali məktəblərində təhsil almış mütəxəssislərdir. Təşkilatın 2000-dən artıq üzvü vardır.