Error
  • Error loading feed data

Layihə haqqında (2014-cü il)

Layihənin adı: Azərbaycan Respublikasında ali məktəblərin reytinqinin müəyyən  edilməsi


Layihənin mövzusu:   Azərbaycan Respublikasında hal-hazırda fəaliyyət göstərən dövlət və özəl ali məktəblərin AKTAM təşkilatının beynəlxalq tələblərə uyğun hazırladığı metodika əsasında, Təhsil Nazirliyinin dəstəyi və yaxından iştirakı ilə reytinqinin müəyyən edilməsi.


Layihənin qısa təsviri:

Layihəni həyata keçirməkdə məqsəd Azərbaycanda ilk dəfə olaraq ali məktəblərin beynəlxalq standartlara uyğun çoxkriteriyalı reytinq cədvəlini hazırlayaraq ictimaiyyətin müzakirəsinə verməkdir.
     Ali məktəblərin reytinqini müəyyən etməkdə isə məqsədimiz aşağıdakılardır: ictimaiyyətə qərar qəbul etmək üçün informasiyanın verilməsi; ali məktəblər arasında rəqabətin inkişafına təkan vermək; ali məktəb daxili keyfiyyətin artırılma mərkəzlərinin yaradılmasına və inkişafına təkan; ali təhsil ocaqlarının korrupsiya və tədris prosesi zamanı akademik azadlıqların kofisientlərinin   müəyyənləşməsi; ali təhsil müəsisəsində və tədris prosesində özünüidarənin tədqiqinə təkan vermək. Layihə çərçivəsində işçi qrup Bakı şəhərində və respublikamızın 4 regionunda (Gəncə, Sumqayıt, Lənkəran, Mingəçevir ) yerləşən 42 ali məktəbin yaradılmış metodikaya əsasən reytinq cədvəlinin hazırlanmasını planlaşdırır.

1.    Problemin qoyuluşu.

  Son illər dünyada müxtəlif kriteriyalara əsasən ali məktəblərin reytinqlərinin müəyyən edilməsi çox papulyar olubdur. İnkişaf etmiş dövlətlərdə bu tədqiqat daha çox universitetlərin kommersiya maraqlarına xidmət edir və onlar üçün prestij, reklam rolunu oynayir.  SSRİ dövləti dağıldıqdan sonra hal-hazırkı MDB məkaninda ali təhsilin məzmunu, keyfiyyəti çox dəyişmişdir. Dövlət ali məktəbləri ilə yanaşı özəl ali məktəblər yaranmış, ayrı-ayrı istisnalar olmaqla , ümumi halda ali təhsilin səviyyəsi aşagı düşmüşdür. Bu dəyişikliklər Azərbaycan respublikasinin ali təhsil sistemi üçün də xarakterikdir.  Respublikamızda ali təhsilin keyfiyyətinin yüksəldilməsinin əsas instrumentlərindən biri kütləvi informasiya vasitələrində nəşr edilən ali məktəblərin reytinqi haqqında informasiya ola bilər. Reytingi təyin etmənin əsas məqsədləri:
- qərar qəbul etmək üçün ictimaiyyətə informasiyanın təqdim olunması (abituriyentə və onların valideynlərinə; siyasətçilərə, fondlara, işverənlərə, beynəlxalq təşkilatlara);
- ali təhsil müəssisələrinin inkişafını stimullaşdırmaq və bu sahədə rəqabət mühitinin yaradılmasına kömək etmək;
-  ali məktəb daxili keyfiyyətartırılma mərkəzlərinin yaradılmasına və inkişafına təkan.
Ranqlaşdırma metodikasının yaradılması “Ali təhsil müəssisələrinin ranqlaşdırılmasının Berlin prinsipləri”nə (Berlin, may 2006-cı il) əsaslana bilər.
Azərbaycandan Kənarda Təhsil Almış Mütəxəssislər Təşkilatının (AKTAM) “Azərbaycan Respublikasının ali məktəblərinin reytinqinin müəyyən edilməsi metodikasının hazırlanması” layihəsi  2009-cu ildə ACİ-YF-nın “Analitik qruplara yardım” proqramının  qrantını almlşdır. Layihə çərçivəsində ali məktəblərin reytinqini müəyyən etmək üçün beynəlxalq təcrübə araşdırılmış, bu təcrübəyə, xüsusi olə təhsil sistemləri bizim ölkəmizin sisteminə yaxın olan Qazaxstan və Rusiya Federasiyasının reytinq metodikalarına əsaslanaraq Azərbaycan Respublikasının ali məktəblərinin reytinqini müəyyən etmək üçün  çoxkriteryalı, çoxindikatorlu metodika hazırlanmışdır.  Hazırladığımız metodikaya əsasən ali məktəblərin reytinqinin qurulması üçün götürüləcək kompleks fəaliyyətin keyfiyyət göstəriciləri bir-birindən asılı olmayan 3 müstəqil kateqoriyadan ibarət olmalıdır:

1.     Ali məktəbin akademik resursları. Bura daxildir tələbələrin nailiyyətləri, professor - müəllim   heyətinin nailiyyətləri, tədris və maliyyə resursları ilə təminat;
2.    Ali məktəbin daxildən müəllim və tələbələr tərəfindən qiymətləndirilməsi;
3.     Ali məktəbin ölkə ictimaiyyəti tərəfindən, mərkəzi və regional icra orqanları, böyük, orta və  kiçik kompaniyalar tərəfindən qiymətləndirilməsi.
Bu 3 kriteriya ilə əlaqədar olaraq, işçi qrup həyata keçirilmiş layihənin birinci fazasında 3 tip sorğu anketi hazırlanmışdır (Əlavə 1):

№1 – hər bir ali məktəb tərəfindən 7 kriteriya 39 indekator əsasında hazırlanacaq məlumat -  statistik  verilənlərin təqdimatı;
№2 – hər bir ali məktəbin müəllim və tələbələrinin 6 sual (40 alt sual) üzrə anketləşdirilməsi;
№3 – hər bir ali məktəbin məzunlarının hazırlıq səviyyəsini qiymətləndirmək üçün işlə təmin  edənlər, ictimaiyyət, mərkəzi və yerli icra orqanları tərəfindən anketləşdirilməsi (6 sual);
       Təşkilatımız tərəfindən hazırlanmış metodika mütəxəssislərlə geniş müzakirı olunmuş,  Beynəlxalq Konfransda müzakirə olunaraq ekspertlərin müsbət rəyini almışdır.  

2.    Məqsəd və vəzifələr

Layihəni həyata keçirməkdə məqsəd Azərbaycanda ilk dəfə olaraq ali məktəblərin beynəlxalq standartlara uyğun çoxkriteriyalı reytinq cədvəlini hazırlayaraq ictimaiyyətin müzakirəsinə verməkdir.
Ali məktəblərin reytinqini müəyyən etməkdə isə məqsədimiz aşağıdakılardır:

1.     İctimaiyyətə (abituriyent və onların valideynlərinə, siyasətçilərə, beynəlxalq təşkilatlara, işlə təmin edən təşkilatlara) qərar qəbul etmək üçün informasiyanın verilməsi;
2.    Ali məktəblər arasında rəqabətin inkişafına təkan vermək;
3.    Ali məktəb daxili keyfiyyətin artırılma mərkəzlərinin yaradılmasına və inkişafına təkan;
4.    Ali təhsil ocaqlarının korrupsiya və tədris prosesi zamanı akademik azadlıqların   kofisientlərinin   müəyyənləşməsi;
5.    Ali təhsil müəsisəsində və tədris prosesində özünüidarənin tədqiqinə təkan vermək.

Layihə çərçivəsində işçi qrup Bakı şəhərində və respublikamızın 4 regionunda (Gəncə, Sumqayıt, Lənkəran, Mingəçevir ) yerləşən 21 ali məktəbin yaradılmış metodikaya əsasən reytinq cədvəlinin hazırlanmasını planlaşdırır.
Reytinq cədvəlinin hazırlanması üçün seçilmiş ali məktəblər aşagıdakılardır:

Bakı şəhəri üzrə:
1.  Bakı Dövlət Universiteti
2. Azərbaycan Texniki Universiteti
3. Azərbaycan Memarlıq və İnşaat Universiteti
4. Azərbaycan Dillər Universiteti
5. Azərbaycan Turizm İnstitutu
6. Azərbaycan Dövlət Pedaqoji Universiteti
7. Azərbaycan Dövlət İqtisad Universiteti
8.  Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası
9. Azərbaycan Tibb Universiteti
10. Azərbaycan Dövlət Neft Akademiyası
11. “Azərbaycan” Universiteti
12.  Xəzər Universiteti
13.  “Qafqaz” Universiteti
14.  Qərb Universiteti
15.  “Odlar Yurdu” Universiteti
16.  Bakı Slavyan Universiteti
17. Azərbaycan Müəllimlər İnstitutu və filialları
18. Bakı Asiya Universiteti
19. Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universiteti
20. Bakı Avrasiya Universiteti
21. Bakı Qızlar Universiteti
22. Azərbaycan Kooperasiya Universiteti
23. Bakı Biznes Universiteti
24. Azərbaycan İctimai Siyasi Universitet
25. Əmək və Sosial Münasibətlər Akademiyası

Gəncə şəhəri üzrə:
26. Gəncə Dövlət Universiteti
27. Azərbaycan Aqrar Universiteti
28.  Azərbaycan Texnologiya Universiteti

Lənkəran şəhəri üzrə:
29. Lənkəran Dövlət Universiteti

Sumqayıt şəhəri üzrə:
30. Sumqayıt Dövlət Universiteti

Mingəçevir şəhəri üzrə:
31.Mingəçevir Politexnik İnstitutu.

3.    Görüləcək işlər

Layihə çərçivəsində aşağıdakı işlərin görülməsi planlaşdırılıbdır:
- Layihə cərçivəsində sorğu  anketlərin çapı və Anket 1-in 21 ali məktəbin rəhbərliyinə, Anket 3  –ün seçilmiş mərkəzi və regional icra orqanları, böyük, orta və kiçik kompaniyalar və regionlara göndərilməsi planlaşdırılıbdır. Ali məktəbin ölkə ictimaiyyəti tərəfindən Anket 3-ə əsasən qiymətləndirilmə üçün 12 qurumun seçiməsi planlaşdırılıbdır ( 4 dövlət, 4 özəl və 4 beynəlxalq təşkilat). Bu seçimdə biz Azərbaycan-Türkiyə İş Adamları Birliyi ( www.atib.az) ilə əməkdaşlıq etməyi planlaşdırmışıq.
- Bakı şəhərində və 4 regionda (Gəncə, Sumqayıt, Mingəçevir və Lənkəran) yerləşən 21 ali məktəbdə (16 dövlət, 5 özəl)  Anket 2 –yə əsasən sorğuların aparılması planlaşdırılıbdır.
- Hər üç tip anket toplanaraq ali məktəblərin reytinq balları hesablanacaq və “Azərbaycan respublikasının ali məktəblərinin reytinqi - 2014” kitabı nəşr ediləcək, prezentasiyası keçiriləcək və geniş yayılacaqdır.
Təqdim olunan layihəni 6 ay müddətində 3 mərhələdə həyata keçirmək planlaşdırılır.

      Layihənin 1 –ci mərhələsində ( 1 ay ) onun təqdimetmə mərasiminin təşkili, anketlərin çapı və Anket 1-in 21 ali məktəbin rəhbərliyinə, Anket 3 –ün seçilmiş mərkəzi və regional icra orqanları, böyük, orta və kiçik kompaniyalar və regionlara göndərilməsi planlaşdırılıbdır.
     Layihənin 2 –ci mərhələsi ( 4 ay ) əsas mərhələdir. Bu mərhələdə İcra pianında göstərildiyi kimi Bakı şəhərində və 4 regionda (Gəncə, Sumqayıt, Mingəçevir və Lənkəran) yerləşən 21 ali məktəbdə (16 dövlət, 5 özəl)  Anket 2 –yə əsasən sorğuların aparılması planlaşdırılıbdır. Anket 3-yə əsasən sorğu aparmaq üçün seçilmiş dövlət müəsisələri aşağıdakılardır:

    1. Xarici işlər nazirliyi.
    2. Ədliyyə nazirliyi.
    3. Maliyyə nazirliyi.
    4. Mərkəzi bank.
    5. Vergilər nazirliyi.
    6. İqtisadi İnkişaf nazirliyi.
    7. Kənd təsərrüfatı nazirliyi.
    8. Ekologiya və təbii sərvətlər nazirliyi.
    9. Mədəniyyət və turizm nazirliyi.
    10. Səhiyyə nazirliyi.
    11. Rabitə və informasiya texnologiyaları nazirliyi.
    12. Nəqliyyat nazirliyi.
    13. Qiymətli kağızlar üzrə Dövlət komitəsi.
    14. Dövlət şəhərsalma və arxitektura komitəsi.
    15. Dövlət torpaq və xəritəçəkmə komitəsi.
    16. Dövlət statistika komitəsi.
    17. Dövlət qulluğu məsələləri üzrə komissiya.

Sorguların aparılmasını  AKTAM təşlikalatının üzvləri və regional nümayəndələri  həyata keçirəcəkdir  və bu işi təşkil, izah etmək üçün layihənin koordinatorunun regionlara birinci ezamiyyəti planlaşdırılıbdır.  Hər bir ali məktəbdə Anket 2-yə əsasən 150 respondentdən ( 100 nəfər tələbə, 50 nəfər müəllim) intervyu alınması planlaşdırılıbdır. Layihənin işçi qrupunun nümayəndəsinin regionlara ikinci ezamiyyəti layihənin sonunda, ali məktəb rəhbərlərinin Anket 1-i hazırlayıb işçi qrupa təqdim etdikdən sonra verilmiş məlumatların yoxlanması məqsədi ilə həyata keçiriləcəkdir. Qeyd edək k,i layihə rəhbərinin və işçi qrupunun üzvlərinin regionlara ezamiyyəti onların öz vəsaitləri hesabına həyata keçiriləcəkdir. Bu mərhələnin sonunda hər üç tip anket toplanaraq ali məktəblərin reytinq balları hesablanacaqdır.

     Layihənin 3 –cü mərhələsi ( 1 ay ) son mərhələdir. Bu mərhələdə “Azərbaycan respublikasının ali məktəblərinin reytinqi - 2014” kitabını nəşr etmək,  prezentasiyanı keçirtmək və geniş yaymaq planlaşdırılıbdır.

Layihənin rəhbəri: Natiq Əhmədov

Əlavə məlumat: Ali məktəblərin reytinqinin müəyyənləşdirilməsinə start 

 

2014. About project - Azərbaycan Respublikası ali məktəblərin reytinqləri üzrə tədqiqatlar. © AKTAM təşkilatı.
Powered by V@sif & Joomla 1.7 Templates